#İqtisadiyyat

“Maliyyə qərarlarında emosiyalar və psixoloji amillər mühüm rol oynayır” – Mütəxəssis fikri

“Kartla ödənişin rahatlığı və onlayn alış-veriş imkanlarının genişlənməsi də xərcləməni asanlaşdırır və insanlar bəzən nə qədər pul xərclədiklərinin fərqinə varmırlar”.

Bu fikri Xəbər Experti-ə iqtisadçı ekspert Akif Nəsirli söyləyib. İqtisadçı qeyd edib ki, davranış iqtisadiyyatı göstərir ki, insanlar maliyyə qərarlarını hər zaman rasional şəkildə vermirlər. Onlar çox vaxt ani həzz və emosional məmnunluq yaradan seçimlərə üstünlük verir, uzunmüddətli faydanı isə ikinci plana keçirirlər:

“Endirim kampaniyaları, reklamlar, məhdud müddətli təkliflər və sosial təsir kimi amillər insanların ehtiyacları olmadığı halda belə alış-veriş etmələrinə səbəb ola bilər. Bu da göstərir ki, maliyyə qərarlarında emosiyalar və psixoloji amillər mühüm rol oynayır”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir