#Dünya

Macarıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Macarıstan Müdafiə Qüvvələrinə məxsus “Gripen” qırıcı təyyarəsi naməlum səbəbdən Szolnok şəhəri yaxınlığında qəzaya uğrayıb. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı pilot katapult edib və sağ qalıb, heç kim xəsarət almayıb.

Hadisənin səbəbini müəyyən etmək üçün araşdırma başlayıb.

Macarıstanın Baş naziri Peter Magyar qəza ilə bağlı sosial media hesabında paylaşım edib.

O, qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlatdığını və müdafiə naziri Romuluş Ruszin-Szendinin hadisə yerinə getdiyini bildirib. Baş nazir ilkin məlumatlara görə, xəsarət alan və mülki infrastruktura ziyan dəymədiyini əlavə edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir