#Dünya

Liviyada təyyarə uçuş zolağından çıxdı – uçuşlar təxirə salındı

Liviyada şəxsi təyyarə Misrata hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə yanğın baş verib. Təyyarə heyəti hadisədən xəsarət almadan xilas olub.

Müvafiq orqanların hadisəyə müdaxilə etmək, yanğını nəzarətdə saxlamaq və hava limanında uçuşların və naviqasiya təhlükəsizliyinin bərpasını təmin etmək üçün səylərini davam etdirdiyi bildirilib.

Baş verən qəza səbəbindən Misrata Beynəlxalq hava limanında uçuşlar dayandırılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir