İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə yüksəlib
Dünən Madrid və Əndəlüs arasında hərəkət edən iki sürətli qatarın iştirakı ilə baş verən qəzada ölənlərin sayı artıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Nəqliyyat Nazirliyi məlumat yayıb.
La Mança bölgəsindəki Toledoda baş verən qəzada ölənlərin sayı 74-ə çatıb.
İspaniya kralı VI Felipe və kraliça Letizia planlaşdırılan tədbirləri ləğv ediblər və qəzada ölənlərin ailələri və yaralılarla görüşmək üçün Toledoya gediblər.










