İran hansı şərtlərlə Hörmüz boğazını aça biləcəyini bəyan edib
“ABŞ hərbi təzyiqi azaltsa və İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırsa, Tehran Hörmüz boğazını yeddi gün ərzində açmağa hazırdır”.
Xəbər Experti xəbər verir ki, bunu “Reuters”ə yüksək rütbəli iranlı rəsmi bildirib.
Xatırladaq ki, İranın mərkəzi komandanlığı hərbi ABŞ-ın bir sıra region ölkələrinin dəstəyi ilə hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşdığı barədə məlumat aldığını açıqlayıb. Tehran xəbərdarlıq edib ki, belə bir addım İranın hər hansı məhdudiyyət və qeyd-şərtlər olmadan cavab tədbirləri görməsinə səbəb olacaq.










