#Dünya

İndoneziyada Semeru vulkanı yenidən püskürüb

İndoneziyanının ən aktiv vulkanlarından biri olan Semeruda ardıcıl üç püskürmə baş verib.

Xəbər Experti xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti yazıb. Bildirilib ki, şərqi Yavada Lumajanq və Malanq bölgələrinin sərhədində yerləşən Semeru Vulkanı yenidən aktivləşib.

İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) vulkanın üç dəfə püskürdüyünü və 800-1000 metr hündürlüyə kül püskürdüyünü açıqlayıb.

Bəyanatda vulkanik aktivliyin izlənildiyi və İndoneziyanın xəbərdarlıq sisteminə görə, vulkanın təhlükə səviyyəsinin “3-cü Səviyyə” olduğu və vulkanın 5 kilometr radiusunda bütün fəaliyyətlərin qadağan edildiyi qeyd edilib.

Qeyd edək ki, Bromo Tengger Semeru Milli Parkının bir hissəsini təşkil edən Semeru, Yava adasındakı ən aktiv vulkanlardan biri kimi tanınır.

Zəlzələ və vulkan zonası olan Sakit Okean Atəş Halqasında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir