Hindistandan Sloveniyada səfirliyi təhqir edənləri cəzalandırmaq tələbi
Hindistanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin Sloveniyadakı səfirlik binasının təhqir edilməsini pisləyib.
Xəbər Experti xəbər verir ki, bu barədə ölkə XİN-nin yaydığı bəyanatda deyilir.
“Biz antihindistan elementləri tərəfindən Lyublyanadakı Hindistan səfirliyinin binasının təhqir edilməsi aktını qətiyyətlə pisləyirik. Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklər toxunulmazdır və qorunmalıdır. Sloveniya hakimiyyət orqanlarından bu qəbuledilməz hərəkətlərə yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirik”, – bəyanatda vurğulanıb.










