Hindistanda daşqınlar səbəbindən 17500 nəfər təxliyə edilib
Hindistanın Uttar Pradeş ştatında 26 rayonda güclü yağışlar daşqınlara səbəb olub.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar səbəbindən 17500 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Bu barədə Uttar Pradeş ştatı hökuməti qərar qəbul edib.
Daşqınlar zamanı insan itkisi qeydə alınmayıb.










