Gürcüstanda zəlzələ olub
Gürcüstanın Axalkalaki şəhərində zəlzələ baş verib.
Xəbər Experti xəbər verir ki, yeraltı təkanlar 3.9 bal gücündə olub.
Zəlzələnin episentri Ərdəhandan təxminən 46 kilometr aralıda olub və 9 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra heç bir tələfat və ya maddi ziyan qeydə alınmayıb.









