Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə
Göygöl rayonunun Keşkü kəndində III Moruq Festivalı keçirilir.
Xəbər Experti “Azərtac”a istinadən xəbər verir ki, tədbirin ilk günü sənətkarların əl işləri, innovasiya sərgi zonaları, kənd təsərrüfatı və yerli məhsulların təqdimatı, həmçinin qədim xalçalar sərgisi və idmançıların nümunəvi çıxışları nümayiş olunur. Gün ərzində uşaqlar üçün əyləncə proqramları, milli mətbəx və ictimai iaşə xidmətləri, eləcə də idman oyunları təşkil ediləcək.
Festivalın rəsmi açılış mərasimindən sonra musiqiçilərin ifasında konsert proqramı, DJ çıxışı və film nümayişi ilə davam edəcək.
Festivalın ikinci günü – sentyabrın 6-da isə ziyarətçiləri kənd təsərrüfatı və yerli məhsulların sərgi-satışı, sənətkarlıq və qədim xalçaların nümayişi, idman proqramları, uşaqlar üçün interaktiv proqramlar, folklor və rəqs nümayişləri gözləyir.
Tədbir axşam saatlarında konsert proqramı və DJ-in əyləncə şousu ilə yekunlaşacaq.








