#Ölkə

Gecənin qaranlığını işıqlandıran Vətən sevgisi: Laçın rayon Kamallı kənd sakinləri Şəhid-Fərmanov Sədi Bulağının tikintisini yekunlaşdırır

Laçın rayonunun Kamallı kənd sakinləri şəhidlərimizin əziz xatirəsinə olan sonsuz ehtiramlarını bir daha nümayiş etdiriblər. Kənd sakinləri böyük fədakarlıq və birlik nümayiş etdirərək, hətta gecənin gec saatlarında dərəcəli soyuğa və qaranlığa baxmayaraq, maşın işıqlarının altında Şəhidlər Bulağının tikintisini davam etdiriblər.

Gecə saatlarında çəkilən görüntülərdən aydın olur ki, kənd insanı bir yumruq kimi birləşərək öz şəhidinə olan borcunu ödəmək üçün vaxta və çətinliklərə meydan oxuyur. Sakinlərin bildirdiyinə görə, bu bulaq təkcə bir su mənbəyi deyil, eyni zamanda gələcək nəsillərə vətənpərvərlik, həmrəylik və şəhidlərimizin unudulmaz xatirəsini yaşatmaq mesajıdır.

“Bizim üçün vaxtın və ya şəraitin heç bir əhəmiyyəti yoxdur. Şəhidlərimiz bu torpaq üçün canlarından keçiblərsə, bizim gecəmizi gündüzümüzə qatıb onların xatirəsini uca tutmağımız borcumuzdur” — deyə kənd sakinləri vurğulayıblar.

Böyük əzm və zəhmətlə ərsəyə gələn bu xatirə bulağı tezliklə tam hazır olaraq kənd sakinlərinə və bura gələn qonaqlara xidmət edəcək. Şəhidlərimizin ruhu şad, məqamları uca olsun!

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir