Fransada qəribə oğurluq
Fransada qəribə oğurluq hadisəsi baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Ron əyalətindəki 4 və İzer əyalətindəki 1 yanğınsöndürmə məntəqəsində oğurluqlar olub.
Belə ki, yanğınsöndürmə məntəqələrindən təcili xilasetmə avadanlıqları oğurlanıb. Oğurlanan avadanlıqların dəyərinin onminlərlə avro olduğu qeyd edilib.
İnsidentlə bağlı araşdırma başlayıb.








