#Dünya

“Fransada məktəblilərin etirazlarının daha da kəskinləşəcəyi ilə bağlı narahatlıq var” –  Nazir Batist

Fransanın ali təhsil naziri Filip Batist məktəblilərin və tələbələrin aksiyalarının daha da kəskinləşərək ümummilli münaqişəyə çevrilə biləcəyindən narahat olduğunu bəyan edib.

Xəbər Experti xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazıb.

“Bəli, bunun baş verə biləcəyindən narahatam”, – nazir qeyd edib.

Fransada artıq təxminən iki həftədir məktəblilərin və tələbələrin iştirak etdiyi mitinqlər və kütləvi iğtişaşlar keçirilir. Etirazçılar müəllim çatışmazlığına, siniflərdə həddindən artıq sıxlığın olmasına, dərs cədvəlinin ağırlaşmasına və təhsil müəssisələrinin binalarının pis vəziyyətdə olmasına etiraz edirlər.

Milli təhsil naziri Eduar Jeffre bildirib ki, etirazlar zamanı 24 təhsil müəssisəsi dağıdılıb.

2 oktyabrda Le Figaro qəzeti 600 etirazçının saxlanıldığını yazıb. Həmin vaxt nazir Jeffre bildirib ki, aksiyalar başlayandan bəri 65 lisey əməkdaşı xəsarət alıb, onların 40-ı təhsil müəssisələrinin direktorlarıdır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir