Ermənistanda Hökumət İstefa Verdi:
Ermənistan Konstitusiyasının tələblərinə uyğun olaraq, yeni seçilmiş parlamentin ilk iclas günündə Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hökumət istefa verib.
Məlum olduğu kimi, iyunun 7-də keçirilən parlament seçkilərindən sonra formalaşan yeni Milli Məclis ilk iclasını məhz bu gün keçirir. Konstitusiya proseduruna əsasən, hökumətin istefası yeni kabinetin formalaşdırılması üçün hüquqi zəmin yaradır.










