Əlcəzair parlamentinə ilk dəfə qadın rəhbərlik edəcək
Əlcəzairin tarixində ilk dəfə olaraq parlament sədri vəzifəsinə qadın seçilib.
Xəbər Experti AFP-ə istinadən xəbər verir ki, yeni spiker Xalidə Bufedeş hakim Milli Azadlıq Cəbhəsini təmsil edir.
O, ixtisasca allerqoloqdur, parlamentə seçilməzdən əvvəl yerli hökumətdə çalışıb.
Bu ayın əvvəlində Əlcəzairdə parlament seçkiləri keçirilib, hakim partiya 407 yerdən 91-ni qazanıb. Səsvermə tarixən ən aşağı – 21,24 faiz seçici fəallığı ilə baş tutub.
Parlamentə seçilən qadınların sayı cəmi 25 nəfərdir. Əvvəlki parlamentdə isə bu rəqəm 38 olub. Kvota sisteminin qüvvədə olduğu 2017-ci ildə qadınlar parlamentdə 118 nəfər təşkil edib.










