Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Xəbər Experti-nin məlumatına görə, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.










