#Dünya

Çində güclü zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatdı

Çinin Tibet avtonom rayonunda baş vermiş güclü zəlzələ nəticəsində 18 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların bəzilərinin vəzyiyyəti ağır olduğundan ölü sayı arta bilər.

Bundan başqa dağıntılar altında insanların qaldığı da bildirilir. Onların tapılması istiqamətində xilasetmə işləri aparılır. 

340 civarında tikilinin tamamilə dağıldığı və ya zədələndiyi, 12 min sakinin təxliyə olunması barədə də xəbərlər yer alır. Zəlzələdən sonra 4,3-5,2 bal gücündə 400-ə yaxın yeraltı titrəyişlər qeydə alınıb. 

Xatırladaq ki, bu gecə Bakı vaxtı ilə 02.33-də Tibetdə, Baçen bölgəsində 7,1 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələnin episentri Maru qəsəbəsi yaxınlığında, ocağı 10 km dərinlikdə yerləşib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir