Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Xəbər Experti xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000metrədək məhdudlaşacağı gözlənilir.










