Mərmərə dənizində, Silivri sahillərindən təxminən 35 kilometr aralıda “Alsu” tankeri ilə “Tuğberk İmamoğlu” adlı gəminin toqquşması hadisəsini işiqlandıran jurnalistlərə hücum olunub

Hadisə yerindən verilən son məlumatlara görə, qəza zonasını və batan gəmi ilə bağlı prosesləri işıqlandıran jurnalistlər çətin anlar yaşayıblar. Məlumata əsasən, gəminin heyət üzvlərinin yaxınları tərəfindən çəkiliş aparan mətbuat nümayəndələrinə qarşı fiziki hücum edilib.

Silivridə iki gəmi toqquşub: “Tuğberk İmamoğlu” gəmisi batdı. Radiodalğa danışıqları üzə çıxdı.

Xəbər Experti xəbər verir ki, Mərmərə dənizində, Silivri sahillərində iki yük gəmisi toqquşub. Qəza nəticəsində 10 nəfərlik heyətə malik “Tuğberk İmamoğlu” adlı quru yük gəmisi cəmi 11 dəqiqə ərzində batıb. Hadisə zamanı gəmilər arasında aparılan radiodalğa (telsiz) danışıqlarının səs yazısı üzə çıxıb. Məlumata görə, toqquşmadan dərhal əvvəl gəmilərdən birinə qəzanın qarşısını almaq üçün “ALSU, sol […]

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib. Xəbər Experti xəbər verir ki, qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlət başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən dövlət […]

Prezident San Marinonun Regent Kapitanlarını təbrik edib

Prezident İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu ünvanlayıb. Xəbər Experti xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu xoş gündə Sizə möhkəm […]

Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri davam edir. Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, hazırlıq tədbirləri çərçivəsində təhsil müəssisələrində sanitar-gigiyenik və dezinfeksiya işləri həyata keçirilir. “Bununla yanaşı, yeni tədris ili ərəfəsində məktəblərin tədris avadanlıqları ilə təminatı, sinif otaqlarının və digər təlim məkanlarının hazırlıq vəziyyətinin yoxlanılması, […]

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. Xəbər Experti xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Ölkəmizlə BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il […]

Sabunçuda avtomobildən 78 min manat oğurlanıb

Paytaxtın Sabunçu rayonu ərazisində avtomobildən 78 min manata yaxın pul vəsaiti oğurlanıb. Xəbər Experti DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Nəzərov saxlanılıb. Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə evlərin birindən elektrik naqilləri və […]

Peru İranla diplomatik əlaqələri kəsir

Peru Yaxın Şərqdə münaqişələri qızışdırmaqda günahlandırdığı İranla diplomatik əlaqələri kəsir. Xəbər Experti xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. Bəyanatda İranın nüvə silahı istehsalının qarşısını almaq məqsədi daşıyan yoxlamalara mane olması qəti şəkildə pislənilir. Həmçinin İranın Hörmüz boğazında beynəlxalq ticarətin pozulmasına görə məsuliyyət daşıdığı vurğulanıb: “Peru hökuməti Yaxın Şərqdə sabitliyi təhdid […]

Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək

Sentyabrın 4-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus “Azerbaijan Ground Services” MMC Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidməti təşkil edəcək. Xəbər Experti AYNA-ya istinadən xəbər verir ki, məqsəd bu rayonlardan paytaxta və ölkənin digər şəhər və rayonlarına sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsi, sərnişin məmnunluğunun […]

Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb – VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Xəbər Experti xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, nəticədə qeyd edilən […]