Ötən həftə 1 959,5 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə iyulun 13-dən 19-na qədər 28 tank əleyhinə mina, 200 piyada əleyhinə mina, 630 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Xəbər Experti-nin xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən, 1 959,5 hektar ərazi minalardan təmizlənib. Qeyd […]








