#Dünya

Bilbao küçələrində xaos – 20-dən çox saxlanılan var

Barselonanın ardınca, İspaniyanın digər şəhəri Bilbaoda da küçələrdə xaos hökm sürür. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, küçəyə çıxan etirazçı gənclər nəqliyyat vasitələri və zibil qutularını yandırıblar, eləcə də mağazalar hədəfə alınıb.

Bask Muxtariyyəti hökumətinin daxili işlər naziri Bingen Zupiria ETB2 televiziyasına açıqlamasında 20-dən çox insanın saxlanıldığını bildirib. Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır.

Zupiria 24 oktyabrda Barselonada baş verənlərə bənzər hadisələrin – mağazalara hücumların olduğunu qeyd edərək, yaşananları qəbuledilməz adlandırıb.

Fransa və İtaliyada müşahidə olunan küçə zorakılığına toxunan nazir deyib:

“Görünür, kimsə Avropanın digər yerlərində gördüyümüz zorakılıq aktlarını təqlid etməyə çalışır”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir