#Dünya

Benqal körfəzində gəmi batdı

Benqal körfəzində, Hindistanın Odişa ştatının Paradip portundan 440 km məsafədə Panama bayrağı altında üzən MV Ocean Winner yük gəmisi batıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza anında gəminin göyərtəsində 24 nəfər olub.

Qəza siqnalından sonra hadisə yerinə Hindistan sahil mühafizəçiləri və hərbi-hava qüvvələrinin hərbçiləri köməyə gediblər. Yerli mətbuat cəmi 2 nəfərin xilas edildiyini yazır.  Həmçinin qalanlarının axtarışlarının aparıldığını bildirir.  Qəzanın baş vermə  səbəbləri barədə dəqiq məlumat verilmir. Bilinən odur ki, gəmidəki 24 nəfərin 20-i Çin, 3-ü Myanma və 1-i Banqladeş vətəndaşıdır.

Qeyd edək ki, Odişidən Sinqapura kurs götürən gəminin yükü 72100 ton dəmir filizi idi. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir