#Dünya

Banqladeşdə təlim zamanı tank partlayıb – 2 ölü

Banqladeşin Çittaqonq şəhərindəki Hatazari poliqonunda təlim zamanı partlayış baş verib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Çin istehsalı olan “Type 59” tankının partlaması nəticəsində iki əsgər həlak olub, biri isə ağır yaralanıb.

Yaralı hərbçi hava yolu ilə paytaxt Dəkkədə yerləşən xəsətəxanaya çatdırılıb.

Banqladeş ordusunun rəsmiləri partlayışın səbəbini müəyyən etmək istiqamətində işlərin davam etdiyini açıqlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir