#Ölkə

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakının Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Xəbər Experti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

Məhdudiyyət saat 22:00-dan təmr işləri bitənə qədər tətbiq ediləcək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir