#Ölkə

Azərbaycan Çexiya ilə aqrar-sənaye əməkdaşlığını müzakirə edib

Azərbaycan və Çexiya aqrar-sənaye, kimya və enerji sahələrində əməkdaşlığı müzakirə edib.

Xəbər Experti xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Çexiyanın aqrar-sənaye sahəsində ixtisaslaşmış “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşdə bu ölkə ilə biznes əlaqələrini, ölkəmizin investisiya potensialını və işgüzar müstəvidə birgə fəaliyyətin təşkili məsələlərini vurğuladıq. Aqrar-sənaye, kimya sənayesi və enerji sektorunda əməkdaşlıq imkanlarını müzakirə etdik”,-deyə nazir qeyd edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir