#Ölkə

Ayxan Abbasov Türkiyədə oyunu tribunadan izlədi

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və milli komandanın idman direktoru İlqar Qurbanov Türkiyə 1-ci Liqasının 3-cü turunda keçirilən “Karagümrük” – “Bursaspor” matçını tribunadan izləyib.

Xəbər Experti xəbər verir ki, 44 yaşlı mütəxəssis “Bursaspor”da çıxış edən Azərbaycan millisinin üzvü Toral Bayramovun oyununu canlı izləyib.

Görüş “Karagümrük”ün 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Toral Bayramov matça start heyətində başlayıb və ilk hissədən sonra əvəzlənib. O, 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir