#Futbol

“Araz-Naxçıvan” heyətinə braziliyalı qapıçı cəlb edib

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçunun keçidini açıqlayıb.

Klubdan bildirilib ki, braziliyalı qapıçı Artur Auqusto Da Silva ilə 1 illik müqavilə imzalanıb.

27 yaşlı qolkiper karyerası ərzində ölkəsinin “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense” və “Feyrense” klublarının qapısını qoruyub. Da Silva son olaraq İndoneziyanın “Semen Padanq” komandasında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir