Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert
Xalq artisti Eyyub Yaqubov Heydər Əliyev Sarayında keçirilən solo konsert proqramı öncəsi media nümayəndələrinin suallarını cavablandırıb, yaradıcılığı və konsertlə bağlı fikirlərini bölüşüb.
Meyar.net xəbər verir ki, sənətkarın sözlərinə görə üç gün davam edən konsert proqramı hər gün tamaşaçıların böyük marağı ilə qarşılanıb və bütün biletlər satıldığı üçün anşlaqla keçib.
Konsert proqramı təkcə Eyyub Yaqubovun dillər əzbəri olan mahnıları ilə deyil, həm də xüsusi hazırlanmış səhnəciklərlə yadda qalıb.










