ABŞ-də fırtına yüz minlərlə evi işıqsız qoyub
ABŞ-də Ohayo, İllinoys və İndiana ştatlarına təsir edən şiddətli fırtına həyatı iflic edib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, ağaclar və elektrik xətləri aşıb, daşqınlar və yanğınlar 4 nəfərin ölümünə səbəb olub və 800 mindən çox şəxs işıqsız qalıb.
Yolların su altında qalması səbəbindən yaşayış məntəqələrinə ciddi ziyan dəyib.
Ohayoda yanacaqdoldurma məntəqəsinin damı uçub. İndiana ştatının Cenevrə qəsəbəsində 4 yaşlı uşaq evlərinin üzərinə ağacın düşməsi nəticəsində həyatını itirib.
Portage şəhərində fırtına zamanı bir evdə baş verən partlayışdan sonra yanğında bir nəfər ölüb.










