#Dünya

Netanyahu BƏƏ-yə gizli səfər edib, bəzi detallar açıqlanıb

İsrailin Baş naziri Binyamin Netanyahu həyat yoldaşı ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. 

Xəbər Experti xəbər verir ki, bu barədə Baş nazirin ofisi “X” platformasında məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu və həyat yoldaşı dünən BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayedin dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinə səfər ediblər. Səfər zamanı iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və regional çağırışlar diqqət mərkəzində olub.

Baş naziri Milli Təhlükəsizlik Şurasının rəhbəri, “Mossad” rəhbəri, müdafiə naziri və xarici siyasət üzrə müşavir müşayiət edib”, – açıqlamada deyilir.

BƏƏ-nin WAM xəbər agentliyi də Netanyahunun səfərini təsdiqləyərək, liderlərin ikitərəfli münasibətləri və əməkdaşlığı gücləndirməyin yollarını müzakirə etdiyini yazıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir