“Malyorka”da bədbəxt hadisə: qapıçı xəstəxanaya yerləşdirildi
İspaniyanın “Malyorka” klubunun qapıçısı İvan Kuelyar klubun bazasında baş verən bədbəxt hadisə nəticəsində başından ciddi xəsarət alıb.
Xəbər Experti Sequnda təmsilçisinin saytına istinadən xəbər verir ki, hadisə “Ciutat Esportiva Antonio Asensio” bazasının yeməkxanasında baş verib. İnteryerin bir hissəsi olan iri konstruksiya qəfil uçub və Kuelyarın üzərinə düşüb.
42 yaşlı futbolçu xəstəxanaya çatdırılıb. O, növbəti 24 saat ərzində həkimlərin nəzarəti altında olacaq.










