Slovakiyada məktəblinin hücumu nəticəsində müəllim həlak olub
Slovakiyanın şimal-qərb hissəsində yerləşən Staşkov qəsəbəsində orta məktəb şagirdi sinif yoldaşlarına və müəllimə kəsici alətlə hücum edib.
Xəbər Experti xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hücum nəticəsində müəllim həlak olub. Hadisə çərşənbə axşamı səhər saatlarında baş verib. Slovakiya KİV-ləri daha əvvəl iki nəfərin yaralandığı barədə məlumat yaymışdı.










