Norveçdən Fələstinə 13 milyon dollarlıq humanitar yardım
Norveç Fələstinə 13 milyon dollarlıq humanitar yardım göndərək.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eide bildirib.
O, yerli mətbuat açıqlamasında fələstinlilərə beynəlxalq dəstəyin “hər zamankından daha zəruri” olduğunu vurğulayıb. Espen Bart yardımın Birləşmiş Millətlər Təşkilatı (BMT) və Dünya Bankı vasitəsilə həyata keçiriləcəyini söyləyib.
Yerli media Norveçin 2026-cı ilə qədər fələstinlilərə 105 milyon dollardan çox yardım göndərdiyini yazıb.










