Türkiyədə bir gündə ikinci zəlzələ
Türkiyənin Antalya şəhərində zəlzələ olub.
Xəbər Experti xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Elmalı bölgəsində yerli vaxtla 11:19-da 3.7 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar 59.1 km dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, bu gün Türkiyənin Şanlıurfa şəhərində də 5.4 bal gücündə zəlzələ olub.








