#Dünya

ABŞ-də helikopter qəzası, 2 ölü

ABŞ-də meşə yanğınlarının söndürülməsinə cəlb edilən helikopter qəzaya uğrayıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ABŞ meşə Təsərrüfatının 2 əməkdaşı həyatını itirib.

Hadisə Kaliforniyadakı “Yosemite” Milli Parkının ərazisində baş verib. Alovu söndürmək üçün “Precision” kompaniyasına məxsus “Eurocopter Super Puma” helikopteri idarəetmədən çıxaraq yerə çırpılıb. Qəzanın baş vermə səbəbləri bəlli deyil.

Qeyd edək ki, “Yosemite” Milli Parkı Sierra-Nevada dağ silsiləsinin qərb yamaclarında yerləşən, dünyanın ən məşhur təbiət qoruqlarından biridir. Sentyabrın 15-dən başlayan yanğın parkda 1,3 min hektar ərazini kül edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir