#Ölkə

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Xəbər Experti-nin xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

“Bakı Biznes Mərkəzi” MMC Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyində təsərrüfathesablı qurum olacaq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir