#Dünya

Şimali və Cənubi Koreya sərhədində partlayış

Şimali və Cənubi Koreya arasında sərhədi təşkil edən Demilitarizasiya Zonasında (DMZ) partlayış baş verib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, axtarış əməliyyatları zamanı baş verən partlayış nəticəsində üç Cənubi Koreya zabiti yaralanıb.

Cənubi Koreya Birləşmiş Qərargah Rəisliyinin açıqlamasına görə, partlayış bu gün səhər saatlarında DMZ-nin qərb hissəsində, Hərbi Delimitasiya Xəttinin (MDL) cənubunda baş verib.

Bildirib ki, yaralanan üç zabitdən ikisi təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.

Partlayışın səbəbi ilə bağlı təfərrüatlar paylaşılmasa da, bunun mina partlayışı olduğu ehtimal edilir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir