#Ölkə

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb.

Xəbər Experti xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, nazirliyin”112″ qaynar telefon xəttinə Şahbuz rayon Daylaqlı kəndində məişət tullantıları olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində 1 hektar sahədə olan məişət tullantıları yanıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir