#Dünya

Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 21-ə çatıb

Pakistanın Kohat şəhərində məscidin yaxınlığında kamikadzenin törətdiyi partlayış nəticəsində azı 21 nəfər həlak olub. 

Xəbər Experti xəbər verir ki, bu barədə ölkənin “Dawn” nəşri məlumat yayıb.

Qeyd olunub ki, həlak olan 21 nəfərdən 15-i polis əməkdaşıdır. Terror aktı nəticəsində 80-dən çox insan yaralanıb, onların arasında vəziyyəti ağır olanlar var.

Nəşr yazıb ki, terrorçu-kamikadze partlayıcı ilə yüklənmiş avtomobili polis idarəsinin darvazasına çırpıb. Partlayışdan sonra azı yeddi silahlı şəxs əraziyə daxil olmağa cəhd edib. Lakin onlardan altısı polis əməkdaşları ilə atışma zamanı öldürülüb.

Terror aktına görə məsuliyyəti “Tehrik-i-Taliban Pakistan” qruplaşmasının bölmələrindən biri öz üzərinə götürüb. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir