#Dünya

Paşinyan rus dili kursuna gedir 

Ermənistanın Baş naziri Nikol Paşinyan rus dili üzrə əlavə kurslara gedir. 

Xəbər Experti xəbər verir ki, bu barədə o, Ermənistan hökumətinin iclasında bildirib. 

Əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib ki, dövlət qulluqçularının daha səmərəli işləməsi üçün xarici dilləri, ilk növbədə isə ingilis dilini öyrənmələri vacibdir. Onun sözlərinə görə, ingilis dili olmadan dövlət məmurlarının beynəlxalq kommunikasiyası mümkün deyil. 

Paşinyan isə cavab olaraq deyib: “Niyə yalnız ingilis dili? Mən hazırda Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili dərslərinə gedirəm. Kimsə yapon, Çin, ispan və ya alman dili kurslarına gedə bilər”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir