#Dünya

İrlandiya “Avroviziya”dan imtina etdi

İrlandiyanın RTE İctimai Yayım Telekanalı Bolqarıstanın Burqas şəhərində keçiriləcək  “Avroviziya-2027” mahnı yarışmasını yayımlamayacaq.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Qəzzada baş verən hadisələrdir.

Məlumatda həmçinin, irlandiyalı təmsilçinin müsabiqəyə qatılmayacağı da bildirilib.

Bununla da RTE ardıcıl ikinci dəfə “Avroviziya”nı yayımlamayacaq. Bu il Avstriyanın paytaxtı Vyanada təşkil olunmuş müsabiqədə İrlandiya ilə yanaşı İspaniya, Sloveniya, İslandiya və Niderland da yarışdan imtina etmişdi.

Xatırladaq ki, avqustun sonrarında Niderland “Avroviziya-2027″bu boykot etdiyini açıqlamışdı.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir