Dnepropetrovskda mikroavtobus vuruldu – 5 ölü, 7 yaralı
Ukraynanın Dnepropetrovsk bölgəsində Rusiya dronu mülki şəxsləri daşıyan mikroavtobusu hədəf alıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Vilayət qubernatoru Aleksandr Hanja hücumun Nikopol şəhəri yaxınlığında baş verdiyini bildirib.
Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk isə rusların insanları daşıyan mikroavtobusu hədəf aldığını qeyd edib.










