Nepalda daşqınlar zamanı ölənlərin sayı 1400-ə çatdı
Nepalda güclü daşqınlar zamanı ölənlərin sayı 1396-a çatıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nepalın hakimiyyət orqanları rəsmi məlumat yayıb.
Avqustun 26-da baş vermiş təbii fəlakətdən yana hələ də 2500-ə yaxın insan itkin düşmüş hesab olunur. Onların əksəriyyəti əcnəbilərdir.
Yeri gəlmişkən, ölkənin maliyyə naziri Svarnim Vaqle təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ilkin hesablamalara əsasən 4-5 milyard dollar lazım olduğunu bildirib.










