#Futbol

“Sabah” “Şəfa”ya qalib gəldi

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub.

Xəbər Experti xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçirilib.

Debütant “Şəfa” son çempion “Sabah”ı qəbul edib. Görüş “Sabah”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

14 sentyabr (bazar ertəsi)

19:00. “Şəfa” – “Sabah” – 0:3 

Qol: Patrik Mbina, 25, Abdulax Xaybulaev, 30, Velko Simiç, 69
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev 
AVAR: Gülnurə Əkbərzadə
“SOCAR Polymer Arena”

11 sentyabr (cümə)

“İmişli” – “Neftçi” – 2:3

12 sentyabr (şənbə)

“Sumqayıt” – “Şamaxı” – 1:1

 “Kəpəz” – “Qəbələ” – 1:0

13 sentyabr (bazar)

“Zirə” – “Qarabağ” – 1:1 

“Araz-Naxçıvan” – “Turan Tovuz” – 2:2

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir