#İdman

“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi

“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.

Xəbər Experti xəbər verir ki, Tovuz təmsilçisi son olaraq “Sumqayıt”da çıxış edən Aleksa Yankoviçi transfer edib.

Klubun yaydığı açıqlamaya görə,  26 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yankoviç karyerası ərzində Serbiyada “Partizan”, “Çukariçki” və “Vojdovaç” klublarının da formasını geyinib.

Xatırladaq ki, bu yay “Turan Tovuz” Dioqo Balau, Aleksey Kenyaykin, Stiv Beusnard, Filip Damyanoviç və Rahil Məmmədovu da transfer edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir