#Dünya

Filippində bərə yandı, 100-ə yaxın sərnişin itkin düşdü

Koron adası yaxınlığında, sahildən 2,2 km məsafədə “MV June Aster” sərnişin bərəsində güclü yanğın baş verib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, dünən axşam saatlarında yaşanan hadisə nəticəsində 5 nəfər həyatını itirib.

Filippin sahil mühafizə xidmətinin əməkdaşları dərhal axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Qəza anında bərədə 117 sərnişinin və 17 ekipaj üzvü olub. 42 nəfər xilas edilsə də, 87 nəfər itkin düşüb. Onların axtarışları davam edir. Pis hava şəraiti xilasetmə işlərinə ciddi maneə törədir.

Qeyd edək ki, alov bərəyə ciddi ziyan vurub. Nəqliyyat vasitəsi batmasa da, bir təfərə əyilib. Yanğının baş vermə səbəbləri hələlik bəlli deyil.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir