#Dünya

Rusiyada məktəbdə yanğın, bina yararsız hala düşdü

Bu gün səhər saatlarında Tümen şəhərindəki 65 saylı orta məktəbdə güclü yanğın baş verib.

Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Tümen vilayəti Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Yanğının 3,6 kv.metr ərazini əhatə edib. Başqa sözlə, məktəb binasının dam hissəsi tamamilə külə dönüb. Üstəlik, 3-cü mərtəbədəki otaqlara da keçib. Yanğınsöndürənlər bir neçə saata alovu ram edə biliblər. Yanğının baş vermə səbəbləri hələlik bəlli deyil. 

Qeyd edək ki, yanğın Bakı vaxtı ilə 05.30-da başladığından məktəb binasında heç kim olmayıb. Məlumatda xəsarət alanların olmadığı da bildirilir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir