Paşinyan Fransaya gedib
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfər edib.
Xəbər Experti xəbər verir ki, bu barədə Baş nazir sosial media hesabında bildirib.
O, Fransa prezidenti Emmanuel Makronla görüşəcəyini açıqlayıb. Əlavə edib ki, digər görüş və tədbirlər də planlaşdırılır.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Parisdə keçiriləcək Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək.










