Konqoda toy zalında yanğın – 22 nəfər ölüb
Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada toy zalında yanğın baş verib.
Xəbər Experti yerli mediaya istinadən xəbər verir ki, paytaxtın Lingvala rayonundakı “Panacee” zalında baş verən yanğının səbəbi hələlik məlum deyil.
Yanğın zalda panikaya və izdihama səbəb olub. Nəticədə 22 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Yaralılar paytaxtdakı müxtəlif səhiyyə müəssisələrinə aparılıb və yanğının səbəbini müəyyən etmək üçün araşdırma başlanıb.
Yanğından sonra KDR Baş nazirinin müavini və daxili işlər naziri Jakmeyn Şabani ölkə daxilində toy zallarının və ictimai tədbirlərin keçirildiyi məkanların təhlükəsizlik vəziyyətinin yoxlanılması ilə bağlı göstəriş verib. Şabani təhlükəsizlik standartlarına cavab verməyən məkanların dərhal bağlanmasını tələb edib.








