Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışının qalibləri mükafatlandırılıb
Bakıda ilk dəfə keçirilən “IRONMAN 70.3” triatlon yarışının mükafatlandırma mərasimi keçirilib.
Xəbər Experti AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə milli musiqi nömrələri nümayiş olunub.
Bədii hissədən sonra qaliblər medallarla təltif ediliblər.
Finiş xəttini ilk olaraq ABŞ-ni təmsil edən Maksim Kryat (04:01:21) keçib, amma ən yaxşı vaxtı xorvatiyalı Matej Yukiç göstərib – 04:01:20.
“IRONMAN 70.3” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Xatırladaq ki, “IRONMAN 70.3” yarışında dünyanın 62 ölkəsindən 1500 triatlonçu iştirak edib. Yarış 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələlərini əhatə edib.










